Ağstafada baş vermiş hadisənin videogörüntüsü yayıldı-VİDEO

0
232

İyunun 17-də səhər saatlarında Ağstafa rayonunun Böyük Kəsik kəndində ailələr arasındakı münaqişə yenidən faciə ilə nəticələnib. Belə ki, mərhum Ramiz Süleymanovun 1994-cü il təvəllüdlü oğlu Elnur Süleymanov dəmir yolu stansiyası yaxınlığında az müddət əvvəl həbsxanadan çıxan Şəmiddin və Novruz Musayev qardaşlarını gözləyib. Onları qarşılamağa gələn anaları Şərqiyyə Musayeva oğlanları ilə birgə yaxınlıqdakı bazara girib. Bu zaman Elnur Süleymanov qisas almaq məqsədilə “Kalaşnikov” markalı avtomatla Musayevləri atəşə tutub. Gülləbaran zamanı Şərqiyyə, Novruz və Şəmiddin Musayevlərdən başqa, yaxınlıqda olan Ağgöl kənd sakini Zeynəb Cəlilova da odlu silahın hədəfinə tuş gələrək ölüb. 4 nəfəri qətlə yetirin E.Süleymanovun açdığı güllər daha 4 nəfəri də yaralayıb. Bunlar 1964-cü il təvəllüdlü Əhmədov Lilpar Baba oğlu, 1999-cu il təvəllüdlü Abdullayev İbrahim Rasim oğlu, 1951-ci il təvəllüdlü İsayev Nüsrət Məhəmməd oğlu və 1961-ci il təvəllüdlü Həsənov Rəsul Abbas oğludur.

Sadıqlı kəndindən aldığımız məlumata görə, hadisəni törədən Elnur Süleymanov atası öləndən sonra fermer təsərrüfatını daha da genişləndirib. O, sakit təbiətli, zəhmətkeş adam kimi xarakterizə olunur. Subaydır. Ailədə 2 qardaş, 2 bacıdırlar.

Ölən qardaşlar isə ailəli olublar. Qardaşlardan biri az müddət əvvəl, ötən ilin sonunda həbsxanadan çıxandan sonra ailə qurubmuş. Digər qardaşları Rüfət Musayev isə 2007-ci ildəki qətl hadisəsi ilə bağlı hələ də həbsxanadadır.

Hadisə ilə bağlı videnu sizə təqdim edirik:

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here