İslam ümmətinin neçə Ayı var?

0
105
      Bəzi savadsız ruhanilər Allahın kəlamını təhrif edərək öz nəfslərinə, siyasətlərinə uyğun yanlış şərh edirlər. Hicri qəməri (Ay) təqvimi ilə başlayan digər ayların əvvəli (11 digər ay) heç bir münaqişəsiz qəbul edilir, hətta bir çox müsəlman ölkələrində bu təqvim dövlət səviyyəsində qəbul edilib. Ancaq Ramazan və Qurban bayramlarının müəyyən edilməsində bura siyasət qarışır, sünni-şiə ixtilafı cuşa gəlir, hərə fərqli zamanları bayram elan edir… Əvvəla qeyd edim ki, Quranda oruc tutma zamanı əmr edilərkən Bəqərə surəsi 185 ci ayədə Allah təala belə buyurur:”…Aya (təqvim ayına) yetişən şəxslər oruc tutmalıdırlar.” Ərəb dilində təqvim ayına “şəhr”, səma cismi Aya isə “qamər” deyilir. Quranda işlənən “Aya yetişən” dedikdə məhz təqvim ayı nəzərdə tutulur və ” fəmən şəhidə minkumuş-şəhrə ” deyə əmr olunur. Yəni bu aya şahid olanlar, bu aya yetişənlər… Lakin indi bəzi insanlar elə başa düşürlər ki, Quranda deyilən “aya şahid olmaq” səma cismi olan Aya şahid olmaqdır. Bu yanlış düşüncədir. Onda gərək il on iki ay insanlar hündür bir yerə çıxıb ayların əvvəlini və sonunu müəyyənləşdirmək üçün əllərində cihazlar göydə Ayı güdsünlər. Necə də gülüncdür. Bisavad və xurafatçı ruhanilər öz nadanlıqlarını Allahın adına bağlayıb digərlərinin də Quranı oxumamasından və ərəbcə bilməməsindən sui-istifadə edirlər.Related image Heç Peyğəmbər zamanında və ya sonralar xilafət dövründə ki, İslam məmləkəti böyümüşdü, fərqli millətlər İslamı qəbul edirdi, fərqli coğrafiyalarda yaşayırdılar, astronomik cihazlar da yox idi, qətiyyən ixtilaf, indiki kimi anlaşılmazlıq yaranmırdı, bu tarixdə də yoxdur. Bütün İslam ümməti eyni vaxtda bayramı qeyd edirdi. Səma cismi Ayı ona görə diqqətdə saxlayırdılar ki, ərəblərin təqvimi Ay təqvimi idi və teleskoplar yox idi. Təqvimlər də yox idi. Təqvimin əvvəlini müəyyənləşdirmək üçün hökmən Ayı görmək lazım idi. Ancaq şifahi qəbul edilirdi bu hesablamalar. Sadəcə bəzi ruhanilər indiki müasir dövrdə necə deyərlər “dəlinin yadına daş salıblar” ki, guya təqvim ayının əvvəlini və sonunu müəyyən etmək üçün göydə Ayı mütləq öz gözlərinlə görməlisən.Related image Fərqli coğrafiyanın da bura əslində dəxli yoxdur. Əgər Səudiyyə Ərəbistanında tutaq ki, Məhərrəm ayının onudursa, bu hər zaman İranda da Məhərrəmin onu olub, habelə Pakistanda da, Kanadada da, Türkiyədə də, Misirdə də… Bəs nə oldu təkcə Ramazanda ixtilaf yarandı? Bildirək ki, bu ixtilaf hər il İrandan və İrana bağlı olan İraq ruhanilərinin fətvalarına əsasən körüklənir. Bununla sünnilərin orucunun batil olduğunu bəyan etmək istəyirlər. Bunun bir çox siyasi aspektləri var:
1. İran-Səudiyyə qarşıdurması, fərqli qütblərdə yer almış məzhəbçilikdən doğan bir-birinə bənzəməmək qəsdi.
2. İranın hər zaman olduğu kimi, ənənəvi şəkildə bütün müsəlman ölkələri ilə, xüsusən sünni ərəb və digər ölkələrlə həmrəylik nümayiş etdirməmək amalı.
3. Hər il bütün müsəlman aləminin əksinə fətva verərək dünyada özlərinə təqlid edən kütlənin faizini və özlərinə nə dərəcədə bağlı olduğunu ölçmək reallığı-siyasəti.
Dini siyasətə alət edənlər təəssüflər olsun ki, başqalarına da təsir göstərirlər. Təkrar qeyd edirəm ki, Bayramın müəyyən olunması üçün göydə Ayı öz gözünüzlə görməyə lüzum yoxdur. Quranda da belə əmr yoxdur. Yuxarıdakı ayədə qeyd etdiyim kimi, təqvim ayı nəzərdə tutulur. Təqvim ayının əvvəlinin və sonunun daxil-xaric olması isə səma cismi Ayın dünya səmasında (istənilən ölkədə) görünmə forması ilə müəyyən edilir.

 

“Cəddin ağırlığı” nə deməkdir ?! Ağır cədd və ya yüngül cədd deyə bir şey yoxdur. Cədd ərəbcə baba deməkdir. Seyidlərin cəddi də Peyğəmbərdir. Peyğəmbər də kim üçün ağır, kim üçün də yüngül deyil. O Allahın elçisidir. El arasında “cədd” deyərkən çoxu baba-nəsil yox, kəramət başa düşür. Filankəsin “cəddi ağırdır” deyərkən ” kəraməti kəsərlidir”, ” seyidliyi qüvvəlidir” demək istəyirlər. Seyid olmaq, İmam, Peyğəmbər nəslindən olmaq daha da insanı dinə qarşı məsuliyyətli edir. Çünki özünü seyid hesab edən insan öz cəddi hesab etdiyi Peyğəmbər və İmamların adına ləkə gətirməməyə çalışmalıdır. Əgər imanı və əməli yerində deyilsə seyid olmaq bir kara gəlməz. Peyğəmbər dünyadan köçərkən qızı Fatimə əz Zəhraya deyir ki, qızım, çalış əməlinlə özünü doğrult, mənə arxayın olma, yoxsa Qiyamətdə peyğəmbər qızı olmağın sənə fayda verməz. Yəni, İslamda insanın insandan üstünlüyü, fəziləti nəsil-kökə, mənsub olduğu tayfaya görə deyil, əməlinə və təqvasına görə ölçülür. Yoxsa ki, nə çox seyidlər olub tarixdə kafir, zülümkar və fəsad törədiblər. Elələri əksinə Peyğəmbər adına xəcalət gətiriblər. Peyğəmbərin öz doğma əmisi Əbu Ləhəb ona düşmən idi və Quranda lənətlənib. Əməvilər Əbdüşşəmslə Haşimin qardaşlığı zəminində Haşimilərlə əmioğlu düşürlər. Əbu Sufyan Həmzəni qətl etdirmiş, oğlu Müaviyyə Həsən bin Əlini qətlə yetirtdirmiş, Yezid isə Kəbəni dağıdıb, Mədinədə qadınları zorladıb Kərbəlada Peyğəmbər soyunu qılınc və nizələrə taxdırmışdır. Yəni, Peyğəmbərə qohumdur bu simalar bilavasitə. Abbasilər Peyğəmbərin əmisi Abbasın nəslindən idilər. Di gəl ki, Ələvilərə divan tutdular. On birinci İmam- Əskərinin qardaşı Cəfər ona qarşı çıxmış və tərəfindən lənətlənmişdir. Mircəfər Bağırov da seyid nəslindəndir. Lakin o, müqayisə etsək, Yeziddən çox müsəlman qətlə yetirmişdir. Qurana görə bütün Peyğəmbərlər bərabərdir. Onların nəslindən gələnlərə isə müstəsna səlahiyyət və imtiyazlar verilmir. Onlar da adi insanlar hesab edilir. Lakin sonralar hind dinləri sayəsində kastalar və rütbələr yarandı, xristianlıqdan ruhanilik keçdi və seyidlər, ruhanilər ali təbəqəsi, feodal sinfi yarandı. Əgər Peyğəmbər şəcərəsindən gələn bir insan əməlisaleh olarsa Allah onun soyu pak olduğu üçün ona daha çox kəramət bəxş edə bilər. Necə ki, tarixdə belə simalar olmuşdur. Həmin seyidlər Allah yanında o qədər məqbul olublar ki, Allah onların dualarını geri çevirməyib, xahişlərini yerə salmayıb. Lakin təəssüf ki, indi həmin seyidlər çox az qalıb. Amma qalıb. Şəxsən birini mən tanıyıram…
    Tural İrfan İlahiyyatçı-yazar /AzTimes.az/

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here