(RİQC) tərəfindən ” Haqqına Sahib Çıx” KAMPANİYSI çərçivəsində başladılan reproduktiv sağlamlıq və hüquqlar mövzusunda kampaniyanın işçi qrupu  böyük layihəyə imza atıb-FOTOLAR

0
54

Ötən il Azərbaycanda qeydə alınan ana ölümlərinin sayı açıqlanıb.

AzTimes.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, 2018-ci ildə doğuşdan sonrakı dövrün, doğuşun və hamiləliyin ağırlaşması nəticəsində 17 qadın dünyasını dəyişib.

Məlumata əsasən, ölkə üzrə hər 100 000 nəfər diri doğulanda 12,2 ana ölümü qeydə alınıb.  Qeyd edək ki, bu rəsmi göstəricidir.  Qeyri- rəsmi göstəricilər isə tükürpədən  mənzərə yaradır.  Hər ölüm hadisəsi zamanı ilkin baxışda həkim səhlənkarlığı qabardılsa da  araşdırmalar zamanı adı çəkilən faktla yanaşı ana olmağa həvəs və böyük arzularla yanaşan qurbanların məlumatsızlığının da ümdə rol oynaması qaçılmazdır.

Sırf bu baxımdan Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) tərəfindən ” Haqqına Sahib Çıx” KAMPANİYSI çərçivəsində başladılan reproduktiv sağlamlıq və hüquqlar mövzusunda kampaniyanın işçi qrupu  böyük layihəyə imza atıb. Dəyərli müzakirələrdən sonra ictimaiyyətlə daha sıx əlaqədə olan 4-cü hakimiyyət nümayəndələri hesab olunan media işçilərinin bu problemə yönləndirilməsinin vacib olduğunu qərarlaşdıran kampaniya işçi qrupu 31 may-2 iyun tarixində  jurnalistlər üçün 3 günlük təlim  keçirib.

Kampaniyanın işçi Qrupunun bir neçə üzvü – Vasif İsmayıl, Nicat Gözəlov, Azər Mehtiyev, İlhamiyyə Rza və Əvəz Zeynallı bu müddət ərzində təlimçi qismində media işçilərinə  tibbi, hüquqi, mənəvi-əxlaqi . iqtisadi və psixoloji müstəvini əhatə edən mühazirələr oxuyub. Media nümayəndələri  mövzularda məlumatlı olmalarına baxmayaraq daha mükəmməl məlumatlandıqlarını, belə həssas mövzularda daha peşəkar yanaşma nümayiş etdirəcəklərini qeyd etdilər.

RİQC rəhbəri Şəhla Ismayıl  çıxış edərək bu kampaniyanın axarıncı olacağını, hər bir sahədə çalışan kadrların bu sahədə maarifləndirməyə ehtiyac olduğunu bildirib.

Sonda təlim iştirakçılarına  sertfkat təqdim edildi , xatirə şəkilləri çəkildi.Pərvin Abışova /AzTimes.az/

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here