AzTimes.az kürdəmirli körpənin müalicəsi üçün səfərbər oldu

0
77

Bir neçə gün öncə Kürdəmir rayon sakini Mirzəliyeva Vüsalə Əslan qızı redaksiyamıza müraciət edərək bildirdi ki, övladım Mirzəlizadə Nəriman Ehtiram oğlu ağ ciyər iltihabından əziyyət çəkir. Rayon mərkəzi xəstəxanasından Azərbaycan Respublikası Kliniki Xəstəxanasının pediatriya şöbəsinə göndəriş aprel ayından verilməsinə baxmayaraq, ailənin maddi durumu yaxşı olmadığından uşağın müalicəsinə başlamaq mümkün olmamışdı. Bu da azyaşlının səhhətinin daha da ağırlaşmasına gətirib çıxara bilərdi. AzTimes.az saytı olaraq anında hərəkətə keçdik. Ailəyə kömək məqsədi ilə sosial şəbəkələr üzərindən çağırışımıza Vüqar Aliyev adlı vətəndaş səs verərək  Nərimanın Bakıya gəlməsini təmin etdi. Xəstə səhər saatlarında tərəfimizdən Respublika Kliniki Xəstəxanasının pediatriya şöbəsinə yerləşdirildi. Müayinə və rentgen dövlət hesabına aparılsa da, körpənin müalicəsi üçün yazılan dərmanları almağa ailənin maddi imkanı yoxdur. Əziz həmvətənlər!!! Gəlin əl-ələ verib Nərimana dəstək olaq. Biz Nərimana yox, gələcəyin  ƏSGƏRİNƏ dəstək olmuş oluruq.

Pərvin Abışova /AzTimes.az/

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here