YAP-çı deputatdan popkorn satan uşağa maraqlı yanaşma

0
130

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə yeraltı keçiddə pokkorn satan uşaqla bağlı fikirlərini bölüşüb.

AzTimes.az millət vəkilinin sosial şəbəkədə yazdığı fikirləri təqdim edir:

“”Azneft” meydanının altındakı yeraltı keçiddəki popkorn satan uşaq məsələsi məni çox təsirləndirdi. O uşağı oradan aparatı ilə çıxartmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi. Əgər valideynlərin biri yox idisə və ya işləmək qabiliyyətləri yoxdursa, o ailəyə sosial yardım verilməsinə nail olmaq lazım idi.

Bütün bunlardan əvvəl isə yaxınlaşıb uşaqdan popkorn almaq lazım idi, qoy verdiyimiz puldan ona az da olsa, həmin gün azacıq da olsa, pul qalaydı.”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here