Bu gün faşizm üzərində qələbə günüdür

0
76

 Bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi həmin gün SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizm süqut edib.

 

Bu gün Dünyanın bir çox ölkələrində faşizm üzərində qələbə günü kimi qeyd olunur.

Azərbaycan faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Bu şanlı Qələbədə payı var Azərbaycanın. Böyük Vətən Müharibəsində 640 min azərbaycanlı iştirak edib. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib.

Sovet İttifaqı Qəhrəmanı-130 nəfər

Şöhrət Ordeninin hər üç dərəcəsi-30 nəfər

170 mindən çox əsgər və zabit isə müxtəlif orden və medallarla təltif olunub.

İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb.1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılmışdı. Bu,SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdilər. (Akademik Ysif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılmışdı.) Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında cövlan edən 7 min hərbi təyyarənin yanacaq təchizatında da mühüm rol oynayıb.

AzTimes.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here