“Çəkdiyim rəsmlər gecə yatarkən gözümün qabağına gəlir” – gənc rəssam Zərifə Ramazanova

0
190

Bəzi sənət sahələri vardır ki, o aləmə düşən insanlar tamam fərqli təfəkkürə,duyğuya malik insanlardır. Həmin sənət sahələrindən biri rəssamlıqdır. Hansı ki, bu peşə sahibləri öz kiçicik dünyalarını ətraf aləmə kağız – qələmlə öz cızma – qaraları ilə çatdırır, insanları düşüncələrin ağuşuna atırlar. İlk müsahibim, maraqlı dünyası ilə gənc rəssamlar arasında özünəməxsus düşüncələri ilə fərqlənənlənən, realist rəssam Zərifə Ramazanovadır:
– 3 yaşınızdan bəri rəssamlığa meyliniz olub. Çox gözəl haldır ki, müəllimi olmadan özünüzü bu günə kimi təkmilləşdirmisiniz. Bəs hansı xalq rəssamımızı, müəlliminizin olmasını istəyərdiniz?- Düzünü desəm, çox şətin sualdır. Bəli mən keçən müsahibələrimin birində qeyd etmişdim ki, 3 yaşımdan bəri çəkirəm. Hətta elə olub ki , valideynlərim icazə verməyib və aboyların üzərinə qələmlə çəkmişəm , çox yaxşı yadımdadır. Müəllim əslində dünyada da , ölkəmizdə də çoxdur . Onlardan yaxşıları da var , pisləri də. Müəllimimin olmaması, sadəcə xasiyyətimlə bağlıdır. Başqa insandan qavraya bilmirəm, ona görə özüm – özümü öyrətməyə çalışmışam. 
– Azərbaycanın görkəmli rəssamları vardır , hansı ki, onlar həm ölkəmizdə həmdə dünyada öz sözlərini demiş sənətkarlardır. Bəs onları izləyirsinizmi?
– Bəli izləyirəm , lakin əsərlərin janr , stili mənə daha uzaq olduğundan, mən daha çox müasir rəssamlara üstünlük verir, onları daha çox izləyirəm.
– “ Bugünki gündə klounlarin banan selfisi, mənim saatlarımı ayırıb çəkdiyim rəsimdən daha çox kütlə toplayır və bu sevindirici hal deyil” deyə qeyd etmisiz. Bəs nə etmək lazımdır ki, insanların təfəkkürü incəsənət yönündə yenidən qaytarmaq mümkün olsun?
– Məncə bu mövzuda hamının cəmiyyətdə öz rolu var. Ailənin , dostların hətta medianın belə. Medianın intellektual , incəsənət yönümündə apardığı təbliğatların hər biri biavasitə insan təfəkkürünü inkişaf etdirən, onu müsbət yaxud mənfi istiqamətə aparan amillərdəndir . Bu baxımdan bu sahələrin daha çox təbliğat aparması vacibdir.
– Leanardo Da Vinçini daha çox sevdiyinizi keçən müsahibənizdə demişdiniz. Bəs bu rəssamların hansı əsərləriylə ilk tanışlığınız olub və hansı əsərdiki ona saatlarca tamaşa edirsiz və dərin xəyala dalırsız?
– Bir çoxları kimi məndə Leonardo Da Vinçini «Mona Liza» əsəri ilə tanımışdım. Hətta rəsmdəki qadının baxışları düzünü desəm, məni biraz qorxudurdu. Elə bilirdim ki , o həmişə məni izləyir . Onun əsərinə qaldıqda zamanında mənim çox qorxduğum həmin «Mona Liza» onun ən əsrarəngiz əsəridir .
– Daha çox hansı rəng çalarlarından istifadə edirsiniz ? Sizcə klassik və müasir dövrün rəng çaları seçimində nə kimi dəyişikliklər var ?
– Mən özüm soyuq tonları daha çox sevirəm . Mənə elə gəlir ki , klassik rəssamlar daha çox isti çalarlardan istifadə ediblər , müasir dövrdə isə sanki soyuq çalarlar daha üstün mövqe tutmuşdur .
– Elə olub ki, hansısa bir əsəri oxumusuz və ondan təsirlənərək o dəqiqə cızma qara etmisiz ?
– Elə bir rəsm ağlıma gəlmir. Ama çəkdiyim rəsmlər gecə yatarkən gözümün qabağına gəlir. Başqa bir rəssamın əsərinə baxıb təsirləndiyim, daha sonra kağız qələm alaraq cızma – qara etdiyim zamanlarda olub .
– Deyirlər rəssamlıqla məşğul olan rəsm çəkən insanlar o qədər öz əsərlərinə aludə olurlar ki, hətta bəzən cəmiyyətdən təcrid olurlar. Bəs siz necə düşünürsüz? Belə hal sizdə baş verirmi ?
– Sualınızla tamamilə razıyam. Bu insanın psixologiyasından asılıdır . İnsan alfa səviyyəsində olduğundan, hətta başqa bir insan onu çağırdığı zaman onu eşitməyə bilər. Düzdür, mən rəsm çəkərkən, tamamilə sakitlik və mənə mane olan heç bir əlavə bir şey olmasın.
– Gələcəkdə öz qaleriyanızı açmaq fikriniz varmı?
– Bəli, var . Əslində bu mənim ən böyük arzularımdan biridir.

Sayalı Abasova /AzTimes.az/

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here