Hafiz Hacıyevdən açıqlama:” Gürcüstan prezidentinin fikri başqa kişilərin yanında qalıb….”

0
130

Gürcüstan prezidenti Salome Zurabişvilinin  vermiş olduğu açıqlama ictimaiyyətdə birmənalı qarşılanmayıb.  Həmişə olduğu kimi ilk reaksiya Müasir Müsavat partiyasının lideri Hafiz Hacıyevdən gəlib. Öz cəsarətli açıqlamaları ilə fərqlənən partiya lideri bu məsələyə də fərqli yanaşmasıyla diqqətləri öz üzərinə çəkib:

” Bilirsiniz necədir, biz bu qədər zəiflik göstərdikcə, hələ yaxşıdır ki, gəlib demirlər Bakı da bizimdir.Gürcüstanın yeni seçilən prezidenti  ermənilərlə bağlı olan bir insandır.Bunu biz dəfələrlə demişik və bu gün də deyirik . Bizim səhvliyimiz ondadır ki, öz qazımızı neftimizi Gürcüstana ən ucuz qiymətə veririk. Hər halda mən düşünürəm ki, biz burda  krantı bağlamalıyıq. Krantı bağlayarıq, ondan sonra onlar bilərlər. Bu insanların belə danışması elə belə əsassız deyil. Məsələn Ermənistan  Qarabağ məsələsində deyir ki, bütün rayonlar bizim olub və digər rayonlar da bizimdir.  Bu bizim zəifliyimizdir. Artıq 25-26 ildir ki, udqunuruq. Xarici İşlər Nazirimiz də Dağlıq Qarabağa “Çornıy sad” deyirsə, onda vay  bizim halımıza. Düşünürəm ki, Gürcüstanla humanistliyi aradan götürmək lazımdır. Özümüzə qazı baha verib gürcülərə ucuz veririk. Bu cür dövlətlər də Azərbaycanla hesablaşmalıdır.

Bizim orada olan azərbaycanlılar bu məsələyə çox ciddi yanaşmalıdırlar.Onlar  Gürcüstan prezidentinin iqamətgahı qarşısında etiraz aksiyalarına başlamalıdırlar. Azərbaycan dövləti də onlara dəstək verməlidir. Bu cür olmaz. Hamı bizi hədələyir. Bütün dövlətlər bizi hədələyir. Bu nədir? Biz gözüqıpıq dövlət deyilik ki. Hər halda Gürcüstan prezidentinin bu cür sayıqlaması- Görünür fikri başqa  yerlərdə olub, başqa kişilərin yanında olub, hər halda bunu düzgün eləmir.

Şəxsən mən prezident olsam, Azərbaycan -Gürcüstan münasibətlərinə yenidən baxaram. Necə olur ki, mən sənə bu qədər qazı ucuz verirəm, nefti ucuz verirəm, hər şeydə sənə köməklik edirəm, amma sən gedib bu cür hərəkət edirsən.  Sabah da başqa bir qonşu dövət deyəcək ki,filan yer də bizimdir. filan yer də bizim olacaqdır. düşünürəm ki, münasibətlərdə güclü  çatlar verəcəkdir. Onların qaz məsələsinə əl gəzdirmək lazımdır. Gürcüstanı da bu  oyuna təhrik edən başqa dövlətlər var, o dövlətlərin adını bu gün demək istəmirəm.

AzTimes.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here