Şri-Lankada partlayışlarda ölənlərin sayı 215 oldu

0
81

Şri-Lankada baş vermiş  partlayış əticəsində ölənlərin sayı 215 nəfər olub.

AzTimes.az xəbər verir ki, ölkədə bu gün saat 18:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq olunacaq.

xxx

Şri-Lankada gün ərzində sayca 8-ci partlayış qeydə alınıb.

AzTimes.az  xarici KİV-ə istinadən xəbər verir ki, növbəti hadisə paytaxt Kolomboda baş verib. Dehiveladakı partlayışda 2 nəfərin öldüyü açıqlanıb. Ümumilikdə isə ölənlərin sayı 185-dən çoxdur.
***
Şri-Lankada gün ərzində 7-ci partlayış baş verib. 

AzTimes.az  xəbər verir ki, hadisə Dehivela bölgəsində qeydə alınıb. Bundan əvvəl kilsə və otellərdə törədilən partlayışlarda ölənlərin sayı 185 nəfərə çatıb.

Terror aktında 500-dən çox insanın yaralandığı bildirilir. Ölən və yaralılar arasında əcnəbilər də var.

xxx

Şri-Lankada kilsə və oteldə Pasxanın bayram edilməsi zamanı törədilən partlayışlar nəticəsində 42 nəfər həyatını itirib.

AzTimes.az  xəbər verir ki, bu barədə yerli polisə istinadən AFP məlumat yayıb.

Bildirilir ki, ümumilikdə 6 partlayış baş verib. Onların əksəriyyəti Kolombo və paytaxt yaxınlığında yerləşən Neqombo şəhərlərində qeydə alınıb.

Hadisələr zamanı daha 280 nəfər yaralanıb.

Partlayışlara görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here