“TƏLƏBƏLƏRARASI İNTELLEKT OLİMPİADASI” layihəsinə start verildi.

0
124

AzTimes.az xəbər verir ki, LEAD Education Təhsil və İnnovasiya Mərkəzi YAP Gənclər Birliyinin təşkilati dəstəyi və “Bank of Baku”nun baş sponsorluğu ilə “TƏLƏBƏLƏRARASI İNTELLEKT OLİMPİADASI” layihəsinə start verdi.
Layihənin məqsədi istedadlı tələbələri üzə çıxarmaq, onları mükafatlandıraraq daha yüksək təhsil almalarına stimul verməkdir. “İntellekt Olimpiadası” layihəsi bakalavr pilləsində təhsil alan tələbələr arasında (sonuncu kurs tələbələri istisna olmaqla) keçiriləcək.
Olimpiadada iştirak ödənişsizdir və 2 turdan ibarətdir. İlk tur 27 aprel, 4 may və 11 may tarixlərində universitetlərdə təşkil olunacaq. Yüksək nəticə göstərən 400-ə yaxın tələbə final mərhələsində iştirak hüququ qazanacaq. Final turunda iştirak edən hər kəs LEAD Education tərəfindən magistratura, MİQ imtahanlarına hazırlıq və xarici dil kurslarının istənilən birindən 20-100% endirim qazanacaq. Final mərhələsində iştirak edən ilk 100 nəfər tələbə layihənin sponsorları və tərəfdaşlarının təqdim etdiyi aşağıdakı hədiyyələrlə mükafatlandırılacaq:
– “Baku Elektroniks”dən Notebook, planşet, fotoaparat
– “İrşad Telekom”dan HONOR smartfonu və 20 ədəd HONOR band smart saatı
– “İSMA Bike”dan 2 ədəd İSMA Bike velosipedi
– “Bizon”-dan iştirak edən hər kəsə enerji içkiləri
– “Boranı” restoranlar şəbəkəsindən 10 ədəd 2 nəfərlik şam yeməyi
– “Nizami Kino Mərkəzi”ndən ən baxımlı filmlərə 20 ədəd bilet
– Tanınmış brendərdən endirim kuponları
– və digər tərəfdaşlarımızdan çoxlu hədiyyələr…
İnformasiya dəstəyi:
ONA, Trend, Report, SİA informasiya agentlikləri, İki sahil qəzet və internet

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here