Cəlilabadda oğul atasını döyərək öldürdü

0
121

Atasını döyərək qətlə yetirməkdə şübhəli bilinən Cəlilabad rayonunun Göytəpə şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzTimes.az-a verilən məlumata görə, martın 30-da saat 2 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərində əvvəllər məhkum olunmuş O.Dadaşov yaşadığı evdə münaqişə zəminində atası Feyzullanı döyərək qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində O.Dadaşov saxlanılıb. Ondan narkotik vasitə olan heroin götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here