Lalə Şövkət Hacıyeva Əfvə münasibət bildirdi

0
106

Uzun müddətdir siyasətdən kənarda qalmağa üstünlük verən Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Hacıyeva da Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla bağlı münasibətini bildirib.
AzTimes.az-ın məlumatına görə, Lalə Şövkət əfv sərəncamını təqdir edib və azadlığa çıxan məhkumlara təbrik ünvanlayıb:
“Bu gün azadlığa çıxan yurddaşlarımı təbrik edirəm! Şəxsən tanıdığım Əli İnsanovu, Gözəl Bayramlını, Fuad Qəhrəmanlını və hər birinizi”.
Prezident İlham Əliyevin 16 mart 2019-cu il tarixdə imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here