Hərbi xidmətdə bıçaqlandı, məsələ komandir tərəfindən gizlədildi-VİDEO

0
118

Qəzənfərov Qəzənfər Davud oğlu AzTimes.az saytına müraciət edərək bildirib ki,oğlu  Qəzənfərov Səbuhi Qəzənfər oğlu Ağcabədidə N saylı hərbi hissədə vətənə borcunu laiqincə həyata keçirib. Azərbaycan Respublikası prezidentinin fərmanı ilə hərbi xidməti başa vuranların ordudan təxrisi 1 yanvar tarixdən həyata keçirilsə də onun oğlu 8 yanvar 2019-cu ildə çastda bıçaqlanıb.Lakin Qəzənfər Qəzənfərova bu haqda məlumat 14 yanvar tarixində verilib, o özünü mənzil başına yetirəndə artıq oğlu Səbuhi Ağdamda qospitalda əməliyyat olunaraq onun dili ilə desək Papanin qospitalına göndərilibmiş. Burada əsgərə heç bir müdaxilə olunmayıb. Cüzi nəzarətdən sonra evə buraxılıb. Bir müddət sonra Səbuhi Qəzənfərovun qarında kəskin ağrılarla xəstəxanaya çatdırılıb. Məlum olub ki, əvvəlki əməliyyat düzgün aparılmayıb, kəsilmiş,deşilmiş bağırsaqlar kor-koranə əməliyyat olunaraq səhv qaydada tikilib.Ailənin dolanışığı yaxşı olmadığından əməliyyat və xəstəxana xərclərini ödəyə bilmir. Bunla bağlı Müdafiə Nazirliyinə  və qospitallara müraciət etdikdə isə” Sənin oğlun təxris olunub,biz cavabdeh deyilik” cavabını alır. Valideyn iddia edir ki, mən oğlumu sağlıqlı hərbi xidmətə yollamışam. O mənim evimdə bıçaqlanmayıb.Lakin aidiyyatlı orqanlar məsələdən boyun qaçırır, öz borclarını yerinə yetirmək istəmirlər.

Biz aztimes.az saytı olaraq məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dinləyərək ictimayiləşdirməyə hazırıq.(Tel: +994516740359)

Pərvin Abışova.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here