Sumqayıtda iki maşın toqquşdu – 2 NƏFƏR ÖLDÜ

0
134

Sumqayıtda ölümlə nəticələnən ağır yol qəzası olub.

AzTimes.az  ONA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Ölənlərdən biri, 1995-ci il təvəllüdlü Cabir Aslan oğlu Cəfərovdur. Digər ölənin şəxsiyyəti hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here