Qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

0
26

AzTimes.az-a DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Fəzail Mehdiyev ona məxsus evdən qızıl əşyalarının oğurlandığını bildirib. Məlumatla əlaqədar Ağdam RPŞ-nin əməkdaşları hadisə yerinə baxış keçirib, müvafiq tədbirlər görülüb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Aleksandr Sebastyanov saxlanılıb. Onun ümumilikdə 4000 manat dəyərində qızıl-zinət əşyalarını oğurladığı müəyyən edilib və qızıl əşyaları maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here