Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatından 10 il ötür

0
409

AzTime.az xəbər verir ki bu gün Azərbaycan SSR əməkdar incəsənət xadimi, SSRİ dövlət mükafatı, “QırmızıƏmək Bayrağı” ordeni, Azərbaycan SSRİ dövlət mükafatı , “İstiqlal” ordenli şair Bəxtiyar Vahabzadənin anım günüdür.Image result for bəxtiyar vahabzadə

Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəsi ilə Bakıya köçmüşlər (1934). Burada orta məktəbi qurtarandan sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1942-47). Universitetin aspiranturasında saxlanmış, “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeirini çap etdirdikdən sonra başlamışdır.1980-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü,2000-ci ildə isə həqiqi üzvü seçilmişdir.1995-ci ildəƏdəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə,  Bəxtiyar Vahabzadənin bir çox şerləri illər keçməsinə baxmayaraq zamanla ayaqlaşır. Onun 51-dən çox əsəri çap olunub. Ən məhşur sevgi şerləri olan “Bir salama dəymədi”, “Yaman güclüsən”, “Ağıl başqa, ürək başqa”, “Təklik” və.s  bu gün də gənclərimiz tərəfindən sevilərək oxunur.

O, daim ölkə başçısının diqqət və qayğısı ilə himayə olunmuşdur. Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu ildə, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.

P.S. Türkiyənin Adana şəhərində Bəxtiyar Vahabzadə adına Sosial Elmlər Liseyi var.AdınaBakı şəhərinin Yasamal rayonunda küçə var.31 avqust 2018-ci ildə Şəkidə şairin ev muzeyinin açılışı olub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here