Aygün Sadiq: “İstərəm”

0
74

Gənc şairə Aygün Sadiqin “İstərəm” adlı şerini sizlərə təqdim edirik. Nəzərinizə çatdıraq ki, şer ilk olaraq AzTimes.az saytında yayımlanır.

Peşman olub küsdüyünə
Özü barışsın istərəm,
Könül evim sərməst olub,
Ağlım qarışsın istərəm.

Könlü meyil edə mənə,
Nazın edə, fəqət, yenə…
Varlığımsa ürəyinə
Şəfəqlər saçsın istərəm.

Sanmasınlar talesizəm,
Əlimi qovğadan üzəm,
Çözülə ömürdən gizəm,
Əzrayıl çaşsın istərəm.

Gedim yenə həmin elə,
Kamım alım o yar ilə…
Ömür keçə deyə-gülə,
Dərd uzaqlaşsın istərəm.

Telefonu eşidincə
Dinləyərək xəlvət, incə
Qısqanaraq ərköyüncə
Mənlə savaşsın istərəm.

Rəqib görməyib özünə,
Güzgüdə seyr edib yenə
Gecə Aya, gündüz Günə
Rəqabət açsın istərəm.

Xoşbəxtliyim dağlar aşıb
Gəlib mənlə qucaqlaşıb
(Sevincimdən), ağlım çaşıb
Dilim dolaşsın istərəm

Qərib könlüm edə pərvaz,
Taleyimə gələndə yaz…
“Ata” deyə bir qızcığaz
Yanıma qaçsın istərəm.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here