AzTimes.az saytının redaktoru Pərvin Abışovaya olunmuş hücumun videosu yayıldı

0
1368

AzTimes.az  saytı xəbər verir ki, öz kəskin açıqlamaları ilə hər zaman bəzi insanların etirazına səbəb olan jurnalist Pərvin Abışovaya 7 yanvar 2019-cu ildə yaşadığı ünvanda baş vermiş hücumun videogrüntüləri yayılıb. Məsələ Nəsimi rayon 19-cu polis bölməsində araşdırılsa da heç bir nəticə əldə olunmadığından işə xitam verilib. Nəzərinizə çatdıraq ki, bu jurnalist xanıma olunan ikinci hücumdur. Digər hadisə 14 dekabr 2018-ci ildə olmuş və sözügedən polis bölməsində o cinayətyərkibli məsələnin də araşdırılmasına xitam verilmişdir. Sözügedən hadisənin bir qrup dindar tərəfindən olduğunu iddia edən Abışova buna səbəb  dinlərlə bağlı yazılarını səbəb gətirir. O dəfələrlə sosial şəbəkələrdə hədələrlə üzləşsə də buna əhəmiyyət vermədiyini deyir.”Təhtid olunsam da əhəmiyyət vermədim, sonda bu hadisələr oldu. Lazimi orqanlara müraciət etsəm də cavab yoxdur”

AzTimes.az

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here