Buşehr AES fəaliyyətini dayandırdı

0
43

İranın Buşehr Atom Elektrik Stansiyası (AES) təmir və yanacağın dəyişdirilməsi məqsədilə müvəqqəti olaraq söndürülüb.

AzTimes.az Trend-ə istinadən xəbər verir ki, İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndinin sözlərinə görə, proqrama əsasən Buşehr AES bazar ertəsindən etibarən 2 aylıq müddətə ümumi elektrik şəbəkəsindən çıxarılıb.

B.Kamalvəndi əlavə edib ki, proses İranın Atom Enerjisi Təşkilatı ilə Energetika Nazirliyi arasında əlaqəli şəkildə həyata keçirilib:

“Əlbəttə bu işin yayda həyata keçirilməsi daha yaxşı idi. Lakin yayda pik vaxtlarda elektrik kəsintisinin qarşısını almaq məqsədilə illik təmirlər az istehlaklı vaxta, yəni mart aprel aylarına salınıb.

Son vaxtlar İranın Atom Enerjisi Təşkilatının rəsmiləri xarici valyutanın bahalaşması ilə əlaqədar Buşehr AES-nin xərclərinin artması ilə bağlı xəbərdarlıq ediblər. İran parlamenti ötən həftə Buşehr AES-maliyyə xərclərinin təmin olunması ilə bağlı qərar verib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here