“İslahatları aparmaqda məqsəd işçiləri ixtisara salmaq deyil” – Əli Əhmədov

0
47

Azərbaycanda struktur islahatlarının həyata keçirilməsi bütövlükdə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə reallaşan dərin islahatlar konsepsiyasının bir istiqamətidir.

“Aztimes.az”ın Trend-ə istinadən məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov vurğulayıb ki, bu islahatlar idarəçilyin mexanizminin təkmilləşdirilməsi və daha da yaxşılaşmasını nəzərdə tutur. Amma struktur islahatları heç bir halda işçilərin ixtisar edilməsini nəzərdə tutmur və buna yol verilməyəcək:

“Birinci vitse-prezident Mehriban Əliyevanın gösrərişi də elə bundan xəbər verir ki, islahatların aparılmasında məqsəd işçiləri ixtisara salmaq deyil. Söhbət işçilərin ixtisara salınmasından deyil, işçi qüvvəsindən, insan kapitalından daha səmərəli şəkildə istifadə etməkdən, ayrı-ayrı dövlət qurumlarının effektivlik dərəcəsinin artırılmasından, bu qurumlarda birləşmiş insanların ümumi işin aparılmasına verə biləcəkləri töhfənin artırılmasından gedir. Bizim niyyətimiz də məhz budur”.

Baş nazirin müavini qeyd edib ki, KİV-lərin vəzifəsindən biri Prezidentin həyata keçirdiyi və bununla bağlı Mehriban Əliyevanın göstərişinin həqiqi mahiyyətini insanlara və cəmiyyətə çatdırmaq olmalıdır: “Birinci vitse-prezident Mehriban Əliyeva da artıq açıq şəkildə bəyan edib ki, bu insanlar yenilənən və islahatlar nəticəsində formalaşan qurumlarda işlə təmin olunacaqlar”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here