Sağlamlığını itirən əsgərimizə yardım kompaniyasına start verildi

0
121

“QarabagNews” xəbər verir ki,Araşdırmaçı-jurnalist Pərvin Abışova əsgər Namiq İsayevləbağlı ictimaiyyətə müraciət etdi.

Müraciəti olduğu kimi sizlərə təqdim edirik:

Sizə bir gəncin qısa həyat fəaliyyətindən söhbət açmaq istəyirəm.Qısa amma yetərincə mənalı,şərəfli bir həyat.

Yazının qəhrəmanı Daxili Qoşunların əsgəri olmuş İsayev Namiq Qəhrəman oğludur. Namiqin atası Qəhrəman kişi deyir:

“Uzun illər Rusiyada yaşamışıq.Rahat dolanırdıq.1988-ci ildə Qarabağ müharibəsi başlayanda bütün israrlara baxmayaraq vətənə qayıtdım.Dedim ki,Vətənimə xeyrim dəyər.Yurdumda müharibə getdiyi halda mən niyə qürbətdə qalım? Övladlarımı da vətənpərvər ruhda tərbiyə etdim. İllər sürətlə keçir. Bir də baxdım Namiq əsgərlik yaşına çatıb.Oğlumu əsgərliyə yola saldıq.

O,xidmətini nümunəvi şəkildə başa vurmasına baxmayaraq, orduda qalaraq xidmət etmək istədiyini bildirdi.Mən də, bir valideyn kimi ona etiraz etmədim.Əksinə ürəyim fərəhlə döyündü ki,belə vətənpərvər oğul böyütmüşəm…”

İsayev Namiq Qəhrəman oğlu 2013-cü ildə Daxili Qoşunlarda müddətdən artıq xidmətə başlayır. 2013-cü il,səhər saat 8:00-da əsgərləri aparan avtomabil Qubada qəzaya düşərək aşır.Hadisə nəticəsində 5 əsgər dünyasını dəyişir,6 əsgər isə müxtəlif bədən xəsarətləri ilə Bakıya,Daxili Qoşunların Hospitalına çatdırılır.

Yaralılar sırasında Namiq də var idi.Məlum olur ki,onun beyni zədələnib.Buna görə də Namiq iflic vəziyyətinə düşür.Dəfələrlə müalicə və fizioterapiyalar onsuz da maddi durumu aşağı olan ailənin vəziyyətini daha da ağırlaşdırıb.

Ata oğlunun sağlamlığını qaytarmaq ümidi ilə evini,mal-qarasını və ən sonda ailənin çörək ağacı olan avtomobilinidə satıb.İndi əllərində heç bir şeyi qalmayan ailə Prezident İlham Əliyevdən, I-ci Vitse-Prezident Mehriban Əliyevadan və hər zaman əsgərinə hörmət edən,əsgər adını ,şərəfini uca tutan Azərbaycan xalqından kömək istəyir.

Qəhrəman İsayev deyir ki,həkimlər Namiqin müalicə olunacağı təqdirdə əvvəlki sağlamlığına qayıdacağını vəd verirlər.”Anlayın məni nə olar.O,mənim balamdı.Göz görə-görə onu ölümə tərk edə bilmərəm.Balam gözümün qarşısında şam kimi əriyib gedir. İdmançı oğlan düz 6 ildir ki, yataq xəstəsidir.Axı mən onu xidmətə belə yola salmamışdım”

Atanın fəryadı adamın ürəyini parçalayır.Gəlin əl-ələ verib bu əsgərimizə kömək olaq.Hər birimizin evində gələcəyin əsgəri böyüyür.O Namiqin yerində bizim “əsgərimiz”də ola bilərdi. Bizlər bu durumdan sığortalanmışıqmı?

Əziz həmvətənlər!

Namiq Qəhrəman oğlu İsayevin adına Kapital Bankda hesab açılıb.

Pressdent.az saytı olaraq “Əsgərimizə dəstək”kompaniyasına qoşulur,sizləri də bu xeyirli işə vəsilə olmağa dəvət edirik.

Bank hesabı: kapital bank 4169741356595080MR (GAHRAMAN İSAYEV)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here