Ələt qəsəbəsində itkin neftçilərdən olduğu güman edilən kişi meyiti tapılıb

  • Xəbərin Tarixi: 17 Fevral 2017
  • Bu xəbər 26 dəfə oxundu.
  • Bu xəbəri Sosial Medyada Paylaş:
  • Googleda Paylaş
  • Twitterda Paylaş
  • Facebookta Paylaş
Ələt qəsəbəsində itkin neftçilərdən olduğu güman edilən kişi meyiti tapılıb

Ələt qəsəbəsində dənizin sahilində naməlum kişi meyiti tapılıb.

Bu gün axşam saatlarında Qaradağ rayonunun Ələt qəsəbəsində Xəzər dənizinin sahilində naməlum kişi meyiti tapılıb.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, hazırda müvafiq dövlət komissiyası tərəfindən cəsədin ötən ilin dekabr ayının 15-də güclü külək zamanı estakadanın dənizə uçması nəticəsində itkin düşmüş neftçilərdən birinə mənsub olması ehtimalı araşdırılmağa başlanılıb.

Hazırda cəsəd Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi Yasamal şöbəsinə aparılır.